Şimali İraq Kürd Muxtariyyətinin sentyabrın 25-nə planlaşdırdığı müstəqillik referendumu ərəfəsində İraqda vəziyyət gərginləşib.
Teleqraf.com xəbər verir ki, xüsusilə kürdlərin və rəsmi Bağdadın iddia etdiyi qədim türkman şəhəri Kərkükdə vəziyyət ürəkaçan deyil. Belə ki, dünən Kərkük şəhərində partlayış olub. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Partlayış avtomobilə qoyulan bombanın işə salınması yolu ilə həyata keçirilib. İraq xüsusi xidmət orqanları partlayışın kim tərəfindən və hansı məqsədlə törədildiyini müəyyənləşdirə bilməyib.
Qeyd edək ki, son xəbərlərə görə, Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyi Kərkükə müəyyən qədər peşmərgə və zirehli texnika cəmləşdirib və hazırda şəhərə onlar nəzarət edir.