21 Sentyabr 2017 11:37
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 21-də Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Rusiyaya səfər edib.

MSK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, “Çoxqütblü dünya şəraitində müasir seçki tendensiyaları” mövzusunda keçirilən və seçki idarəetmə qurumlarının, beynəlxalq təşkilat rəhbərlərinin də qatıldığı tədbir bütövlükdə seçkilərlə əlaqədar müxtəlif məsələlərin və ölkələrdə əldə olunan müsbət təcrübələrin müzakirəsinə həsr olunub.

Rusiya MSK-nın sədri Ella Pamfilovanın dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində Məzahir Pənahovun rusiyalı həmkarı ilə yanaşı, müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.


Müəllif: Səxavət

Oxşar xəbərlər