26 Sentyabr 2017 11:57
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Monteneqro Prezidenti Filip Vuyanoviçlə bu yaxınlarda Nyu-Yorkda görüşdüklərini məmnunluqla xatırladı, eyni zamanda, özünün Monteneqroya səfərinin uğurlu keçdiyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi, iqtisadi əlaqələrimizin, o cümlədən investisiya qoyuluşu sahəsində əməkdaşlığımızın uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı digər sahələrdə də əlaqələrimizin genişləndirilməsinin vacibliyini bildirdi, Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın səfərinin Azərbaycan və Monteneqronun hüquq mühafizə orqanları arasında əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd edib.

Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsa bildirdi ki, ölkəmizdə gördükləri böyük inkişaf prosesləri nümayəndə heyəti üzvlərində dərin təəssürat yaradıb. Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların ölkəsində böyük maraqla izlənildiyini deyən qonaq vurğulayıb ki, bütün bu uğurlara zəngin təcrübəyə malik olan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində nail olunub. İki ölkənin ali məhkəmə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən Vesna Medenitsa ölkəmizə bu səfəri zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı faydalı müzakirələrin aparıldığını deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər