Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, tərəflər Suriyada terrorçuluğa qarşı mübarizənin yolları və ölkənin ərazi bütövlüyünün təmin edilməsi barədə müzakirə aparıblar.
Rəsmilər BMT TŞ-nin müddəlarından irəli gələn aktiv siyasi dialoqun aparılması üçün beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini də vurğulayıblar.