Xarici işlər naziri Elmar Məmmədyarov 6-7 noyabr tarixlərində İsveç Krallığında rəsmi səfərdə olacaq.
XİN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
10 fevral 2016-cı ildə İsveç Kralığının xarici işlər naziri xanım Marqot Vallström Azərbaycan Respublikasına səfər edib.