Braziliya Federativ Respublikasının Xarici Əlaqələr naziri Aloysio Nunes Ferreira noyabrın 15-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində nazir Aloysio Nunes Ferreiranın Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.