Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi mətbuat konfransında deyib.
O bildirib ki, Rusiya-Azərbaycan əməkdaşlığının əsasında dostluq və qarşılıqlı hörmət ənənəsi ilə yanaşı, regional, eləcə də beynəlxalq məsələlərə yanaşma forması dayanır.
Zaxarova Rusiya XİN rəhbəri Sergey Lavrovun noyabrın 20-də baş tutacaq Bakı səfərinə də toxunub:
“Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər müzakirə ediləcək”.
Qeyd edək ki, Lavrov noyabrın 21-də Bakıdan İrəvana uçacaq.