“Putinlə Sərkisyanın Moskvada qapalı keçirilən görüşü “döyülmüş it” atmosferində keçdi”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Manvel Sərkisyan deyib.
Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb: “Lakin Putinlə Sərkisyan daha çox Ermənistanın daxili məsələsinə kökləndi”.
Erməni politoloq iddia edir ki, Sərkisyan Putindən “Ermənistanın sahibi mənəm, yoxsa yox?” deyə soruşub.
“Ermənistan daxilində dəyişikliklər gözlənilir. Rusiya prezidenti ola bilsin ki, bu dəyişikliyin Sərkisyanın başçılığı ilə baş verəcəyini düşünür. Lakin Sərkisyan Putindən soruşdu:
“Bu ölkənin sahibi mənəm, yoxsa yox?”. Sərkisyan çox şey haqda qərar verə bilmir, onun əvəzində başqaları qərar verir. Ölkənin siyasəti məhv edilib. Daim güzəşt etməklə o, şəxsi mövqelərini itirir. Buna görə də o, Putinin önündə ağlayaraq, soruşdu: “sahib mənəm, yoxsa yox?!” - deyə erməni politoloq qeyd edib.
M.Sərkisyan hesab edir ki, Rusiyanı Ermənistanda onların problemlərini kimin həll edəcəyi maraqlandırır: “Əgər Sərkisyan yaxşı vəziyyətdə olsaydı, Karen Karapetyanı bura göndərməzdilər. Bu, oliqarxiya sistemidir və bu sistemdə yeganə güc puldur. Aydınlaşdı ki, pul artıq yoxdur, onu tamamilə qarət etdilər, təbii ki, Sərkisyan Rusiya kapitalına doğru əyilməli və ona ümid bəsləməli idi. Təbii ki, kimdə pul var, sahib də odur. Oliqraxiyanın zəifliyi də pulun yoxluğudur. Bu gün Rusiyada “Ermənistan investorlar klubu” Ermənistana doğru hərəkət edir. Bu, Rusiyanın gedişidir və aydındır ki, siyasi məsələlər bu prosesdə həll olunur. Bu, dövlət və xalqdan yuxarıda baş verən prosesdir”.