Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski prezidentliyə namizədliyini irəli sürüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı partiyanın Dumadakı digər üzvü İqor Lebedev məlumat verib.
Onun sözlərinə görə, qərar partiyanın iclasında qəbul edilib.
Bundan əvvəl, Jirinovski 1991, 1996, 2000, 2008 və 2012-ci illərdəki prezident seçkilərində namizəd olub.
Qeyd edək ki, Jirinovskidən başqa, “Yabloko” partiyasından Qriqori Yavlinski, “Kommunist”lərin lideri Gennadi Züqanov, jurnalist Kseniya Sobçak, teleaparıcılar Anfisa Çexova və Katya Qordon və porno-ulduz Yelena Berkova namizədliyini irəli sürüb.
Rusiyanın hazırki Prezidenti Vladimir Putin isə hələ qərarını açıqlamayıb.