26 Noyabr 2017 00:45
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvəti ilə noyabrın 27-dən 29-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, səfərin məqsədi Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən təşkil olunan “Seçki müşahidəsi və seçki proseslərində texnologiyanın rolu” mövzusunda seminarda iştirak etməkdir.

Tədbirə 57 üzv ölkənin nümayəndə heyətləri, parlament assambleyalarının təmsilçiləri, seçki üzrə ekspertlər, seçki idarəetmə orqanları və komissiyalarının üzvləri, beynəlxalq təşkilatların, seçki monitorinqini həyata keçirən QHT-lərin təmsilçiləri qatılacaq. İştirakçılar seçkiyə aid qabaqcıl təcrübə və çatışmazlıqları, müasir texnologiyalardan istifadə olunmaqla seçki prosesinin təkmilləşdirilməsini və digər məsələləri müzakirə edəcəklər.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev seminarda “Demokratik seçkilərin keçirilməsi üçün ATƏT-in öhdəlikləri, beynəlxalq vəzifələri və standartları” mövzusunda məruzə ilə çıxış edəcək, təşkilatın seçki müşahidə missiyasına dair təcrübəsini bölüşəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər