15 Dekabr 2017 22:59
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qüds əldən gedərsə, Mədinəni qoruya bilmərik, Mədinə gedərsə, Məkkəni, Məkkə gedərsə, Kəbəni qoruya bilmərik. Qüdsün getməsi İstanbul, İslamabad, Şamın əlimizdən getməsi deməkdir. Qüds hamımızın heysiyyəti, namusu, varlıq qayəsidir. Nəhənglərin qıvranmasına, cücələrin çırpınmasına fikir vermədən tarixin ən böyük iman gücünü ayağa qaldırmaq üçün gecəmizi gündüzümüzə qatırıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Nəcib Fazil mükafatı 2017” mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 15 ildir böyük və güclü Türkiyəni, özü ilə birlikdə bütün dostlarının, soydaşlarının, dindaşlarının, məzlumların ümid qapısı, güvən qaynağı olan bir ölkənin inşasına çalışılır: “Bu gün daxildən və xaricdən dayanmadan hücuma məruz qalırıqsa, üzərimizə iftira atılırsa, haqq davamıza və uğrunda ölməyə hazır canımıza qəsd edirlərsə, səbəb bu mübarizədən vaz keçməməyimizdir. Əgər keçmişdəki kimi “otur” deyiləndə otursaq, “sus” deyiləndə sussaq, “ver” deyiləndə versək, “al” deyiləndə alsaq, inanın, bu hücumların heç biri ilə qarşılaşmazdıq. Biz bu və ya digər gücün nə dediyinə yox, yalnız və yalnız Allahın və millətimizin nə dediyinə baxdıq”- deyə, Ərdoğan əlavə edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər