20 Dekabr 2017 10:29
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli qurumun Baş Assambleyasının bugünkü iclasından öncə digər ölkənin diplomatlarına elektron məktub göndərib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, məktubunda iclasda səsverməyə çıxarılacaq Qüds məsələsində ABŞ-ın lehinə səs verilməsi ilə bağlı diplomatları təhdid edib.

Məktubda belə bir cümlə yer alıb:

“Səsini verən zamanı prezidentini düşünməni və ABŞ-ın bu səsi şəxsi bir məsələ kimi qəbul etdiyini bilməyini istəyirəm”.

Qeyd edək ki, BMT Baş Assambleyası bu gün Qüdslə bağlı təcili iclasını keçirəcək.


Müəllif: Samir