20 Dekabr 2017 12:50
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti görüşü 2018-ci ilin yanvar ayının ortasında Avropa ölkəsində keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Məmmədyarov Nalbandyanla görüşün konkret yerinin bəlli olmadığını söyləyib: "Vyanda ümumilikdə münaqişəyə dair 8 saatlıq müzakirə oldu. ATƏT-in Minsk qrupunun həmsədrləri əvvəlcə Ermənistan XİN rəhbəri, daha sonra mənimlə görüşlər keçirdilər. Nalbandyanla Vyanada sonuncu görüşüm 4 saat çəkdi. Çox intensiv müzakirələr oldu. Həmsədrlər müzakirə olunan məsələləri hazırlayıb, yanvarda bizə təqdim edəcəklər. Mən lazım olsa, iki gün də erməni həmkarımla münaqişənin həllinə dair müzakirələr apara bilərəm. Lakin bizim mövqeyimiz bəllidir. Biz danışıqların nəticəli olmasını istəyirik. Bizim hansı nəticəni istədiyimiz hamıya bəllidir".


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər