21 Dekabr 2017 14:54
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Məclisinin toplaşaraq Qüds qətnaməsini müzakirə etməyə 5 saat qalmış İsrail baş naziri Benyamin Netenyahu açıqlama ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, İsrailin Baş naziri BMT haqqnda “yalanlar evi” ifadəsini işlədib.

Baş nazir İsrailin BMT-dəki Qüds səsverməsini qəbul etməyəcəyini bəyan edib.

Eyni zamanda ABŞ liderliyində digər ölkələrin də İsrailin paytaxtı olaraq Qüdsü tanıyacaqlarını iddia edib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin BMT-dəki səfiri Dannon da beynəlxalq təşkilatın Qüdslə bağlı qərarına ehtiyac olmadığını və bu səsverməni nəzərə almayacaqlarını qeyd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər