Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında Cumhuriyyət Xalq Partiyasının üzvü Əngin Altayın çıxışının görüntülərini yayımlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Altayın partiya iclasında səsləndirdiyi fikirlər diqqət çəkib:
“Bu hökumət dünyanın ən düzgün işini görsə, bunu alqışlaya bilmərik. Millətin bizə verdiyi vəzifə budur”.
Ərdoğan müxalif deputatın fikirlərini belə dəyərləndirib:
“Buna bax. Mənim əziz millətim pis işlər görənə yaxşı deyəcəkmi? Demədiyi üçün də illərdir iqtidara gələ bilmirsiz. Ağıllanın, ağıllanın! Amma yaxşı ki, belə müxalifət var. Onlar olduqca AKP də xalqa xidmət edəcək”.