31 Dekabr 2017 10:43
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriya əməliyyatı 1962-ci ildə SSRİ-nin Kuba əməliyyatının ana xətləri ilə bənzər idi. İlk mərhələdə 50 təyyarə Hmeymimə göndərildi. Rusiya hava gücündən istifadə etdi, quru qoşunlarından istifadə etmədi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin baş qərargah rəisi Valeri Gerasimov Suriya əməliyyatının detalları haqda danışarkən deyib.

O bildirib ki, Rusiyanın əsas hədəfi hava qüvvələrindən istifadə edərək hədəfləri müəyyən etmək, müxalifətin nəzarət sistemlərini məhv etmək olub:

“İŞİD isə ən vacib hədəf idi. ABŞ liderliyində qurulan koalisiya gün ərzində 6-10, Rusiya isə gündə 60-70 dəfə hava zərbəsi təşkil edirdi”.

Qeyd edək ki, ruslara görə, 2015-ci ilin sentyabrında Suriyada 59 min İŞİD terrorçusu olub. Bunun 10 mini Suriyada hərbi təlim keçdikdən sonra İŞİD sıralarına qatıldı. Eləcədə Əl-Tanfdan 350, Hasakinin güney istiqamətindən isə gündə 750 nəfər İŞİD sıralarına qatılırmış. Suriyada bu şəxslər özlərinə İŞİD əvəzinə Özgür Suriya Ordusu deyərək kimliklərini gizlədirmiş.

Gerasimov deyib ki, Suriya əməliyyatına ümumilikdə 48 min əsgər qatılıb:

“Əsgərlər Suriyada 3 aylıq müddətə xidmətdə olur və dəyişilirdilər. Rusiya Suriyada 200 silahı təcrübədən keçirib. Dron texnologiyasında o qədər inkişaf etdi ki, dronlar Rusiya ordusunda ən əhəmiyyətli hala gəldi”.

Baş qərargah rəisi əlavə edib ki, Suriya əməliyyatları zamanı gündə iki dəfə müdafiə naziri Sergey Şoyquya məruzə edib:

“Müdafiə naziri də bu məruzələri Prezident Putinə təqdim edir, o isə hədəf və vəzifələri müəyyənləşdirirdi. Hər bir detalla bağlı məlumatlı idi”.


Müəllif: Cavad

Oxşar xəbərlər