İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin baş ofisinə çağırılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriyel məlumat verib.
O bildirib ki, Zəriflə dekabrın 26-dan ölkədə tüğyan edən etiraz aksiyaları müzakirə ediləcək.
Müzakirələrin gələn həftə keçirilməsi gözlənilir.