Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan növbəti seçkilərdən sonra baş nazir olmalıdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasından olan sabiq deputat Akop Akopyan deyib.
O bildirib ki, Karan Karapetyanın rəhbərlik etdiyi hökumət dövlət gəlirləri komitəsinə oxşayır:
“Karapetyanın Respublikaçılar Partiyasının sədr müavini olması onun bu vəzifəyə hazır olması anlamına gəlmir”.