22 Yanvar 2018 23:39
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “Royal Phillips” şirkətinin baş icraçı direktoru Frans van Houten ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Frans van Houten Azərbaycandakı fəaliyyətləri barədə danışaraq ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. O, işıqlandırma sistemləri və tibb avadanlıqlarının istehsalı üzrə Azərbaycanda bir sıra layihələr həyata keçirdiklərini məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə “Royal Phillips” şirkəti arasında əməkdaşlığın razılıq doğurduğunu qeyd etdi. Söhbət zamanı küçə işıqlandırılması ilə bağlı enerjiyə qənaət üzrə yeni texnologiyaların tətbiqinə dair əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər