6 Fevral 2018 11:21
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük siyasi iradə nümayiş etdirir.

Teleqraf.com xəbər verir ki, bunu BMT-nin Rezident Əlaqələndiricisi, BMT İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzai Dayanıqlı İnkişaf Məqsədlərinə dair təlimdə deyib.

Onun sözlərinə görə, BMT yoxsulluğun aradan qaldırılmasında Azərbaycan höküməti ilə sıx əməkdaşlıq edir: “Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində böyük siyasi iradə nümayiş etdirir. Bu çərçivədə bir ildən az müddətdə milli hesabat hazırlanıb və əlaqələndirmə şurası yaradılıb.

Hazırlanan hesabat 2017-ci ilin iyun ayında Baş nazirin müavini Əli Əhmədov tərəfindən BMT-yə təqdim edilib. Həmin vaxtdan Azərbaycan höküməti Dayanıqlı İnkişaf Məqsədinin Yol xəritəsi üçün BMT-yə müraciət edib".

Qulam İsakzai bildirib ki, 2015-ci ildə Dayanıqlı İnkişafa dair sənəd qəbul olunub: “193 ölkə yekdilliklə yoxsulluğu azaltmaq, ekologiyanın pisləşməsinin qarşısını almaq, eləcə də ana və uşaq ölümünə dair öz üzərinə öhdəliklər götürüb. Amma qeyd etməliyəm ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə gündəliklər hələ də diqqətli dəyərləndirilməyib. Bu məsələni həyata keçirmək asan iş deyil”.

BMT-nin Rezident Əlaqələndiricisi qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə qarşıda 13 il və 169 hədəf var.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər