8 Fevral 2018 11:10
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağda tədqiqat aparmış Ermənistan aliminin İtaliyada keçiriləcək beynəlxalq konfransa qatılmasına icazə verilməyib.

Florensiya şəhərində keçiriləcək konfrans İran və Qafqaz ərazisindəki yeraltı abidələr və kurqanlara həsr olunub. Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji qrupunun üzvü Njde Yeranyan araşdırma materialı Dağlıq Qarabağla bağlı olduğu üçün tədbirə buraxılmayacaq. N. Yeranyan münaqişəli ərazilərdə tədqiqatların aparılmasına qadağa qoyan UNESCO qərarı əsasında toplantıda iştirakdan kənarlaşdırıldığını söyləyib.

Qeyd edək ki, tədbir martın 29-30-da keçiriləcək./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər