11 Fevral 2018 18:40
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Həsrət Qorçuyevə məxsus avtomobildən mobil telefon oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavid Rufullayev Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Onun Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.


Müəllif: Hacı Zeynalov