GUAM Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkilərinə müşahidə missiyası göndərəcək.
Təşkilat seçkilərdə iştirak etmək üçün Azərbaycan tərəfindən dəvət alıb.
Məlumatda bildirilir ki, GUAM müşahidə missiyası prezident seçkilərində monitorinq həyata keçirəcək.
Missiyaya kimin rəhbərlik edəcəyi və tərkibi hələlik müəyyənləşməyib./APA/