Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfər edəcək.
Səfər çərçivəsində G.Kvirikaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü keçiriləcək.
Gürcüstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşəcək. Daha sonra iki ölkənin hökumət üzvləri arasında görüş baş tutacaq.
G.Kvirikaşvilinin başçılıq etdiyi nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxil olacaq.
\APA\