22 Mart 2018 13:25
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.

Teleqraf.com "sechki-2018.az"a istinadən xəbər verir ki, onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.

Missiyaya həmçinin Venesiya Komissiyasının üzvü Erik Holmoyvik daxil edilib.

Qeyd edək ki, AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər