4 Aprel 2018 10:25
1 464
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında ötən həftə baş tutan telefon danışığı ilə bağlı yeni fakt ortaya çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, danışıq zamanı Ərdoğan ABŞ ordusunun Suriyadan çəkilib-çəkilməyəcəyini soruşub.

Tramp buna belə cavab verib:

“Suriyada missiyamız sona çatıb”.

Ancaq ABŞ prezidenti ordusunun Suriyadan nə vaxt çıxacağını açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün öncə Ohaya ştatında çıxışı zamanı Tramp ABŞ ordusunun Suriyadan çıxacağını bildirmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər