10 Aprel 2018 17:14
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Kosta-Rikanın yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu göndərib.

Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər