8 İyun 2018 13:34
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlib.

Rusiyanın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, diplomat artıq Bakıdadır.

***

10:16

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov bu gün Bakıya gəlir.

Bu barədə Report diplomatik mənbələrə istinadən xəbər verir.

M.Boçarnikov etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Rusiya Prezidenti Vladimir Putin M.Boçarnikovu Azərbaycana səfir vəzifəsinə bu il mayın 29-da təyin edib. O, bu vəzifədə Vladimir Doroxini əvəzləyib.

Qeyd edək ki, 70 yaşlı M.Boçarnikov daha əvvəl Rusiyanın Zambiya, Yunanıstan və Qazaxıstandakı səfiri olub. Səfir rus dilindən başqa, ingilis, fransız və amhar dillərində danışır. Diplomat evlidir və bir qızı var.


Müəllif: Teleqraf.com