“Dənizin bulvar hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur. Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı deyib.
Millət vəkili həmçinin məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problemin illərdir qalmasına da diqqət çəkib:
“Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir. Bu onun emalını da asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir. Bu tullatılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll etməlidir”.