Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi bölgənin təhlükəsizliyini təhdid altında saxlayır.
Teleqraf.com xəbər verir ki, bu, Avropa İttifaqının (Aİ) rəsmi saytında Aİ – Ermənistan münasibətlərində dair yayımlanmış açıqlamada yer alıb.
Açıqlamada bildirilir ki, Avropa İttifaqı münaqişənin dinc yolla həllinin tərəfdarıdır:
“2013-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi ittifaq və bölgə dövlətləri arasında dialoq və çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini artırıb.
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupu formatında həllinə çalışan ölkələrə dəstək verir. Avropa İttifaqı, eyni zamanda, tərəflərin münaqişənin dinc yolla həlli fəaliyyətlərini də dəstəkləyir”.