30 İyun 2018 14:44
2 163
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əbülfəz Elçibəyin 80 illik yubileyindən sonra sosial şəbəkələrdə bizə qarşı aparılan qərəzli kompaniyaya cavab verib aranı qızışdırmaq istəmədiyim üçün qısa replika və suallarla kifayətləndim. Haqsız olduqları üçün suallara cavabdan yayındılar. Amma “Heyvagülü” davam etməkdədir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi və “Əbülfəz Elçibəy-80” Təşkilat Komitəsinin üzvü Oqtay Qasımov deyib.

O, məlumatsız və qərəzli insanları bir daha düşünməyə dəvət edib:

“Bir daha təkrar edirəm ki, “Elçibəy-80” Təşkilat Komitəsinin yaradılması haqqında ilk müraciət fevralın 4 də Ədalət Tahirzadə, Mehriban Vəzir, Novella Cəfəroğlu, Oqtay Məmmədov və başqaları tərəfindən edilib. Aprelin 20-də Təşkilat Komitəsinin ilk iclası keçirilib. İclasa hər kəs dəvət olunub. Bəzi təşkilatlar ilk gündən prosesə qatılmayıb. Halbuki onları şəxsən dəfələrlə dəvət etmişəm. Amma faydası olmayıb.

Mayın 4-də tədbirdən 45 gün əvvəl Respublika Sarayında yubiley tədbirinin keçirilməs üçün müraciət etmişik, ancaq icazə verilməyib. Bəzi otellərdə bizim tədbir keçirmək təklifimizi qəbul etməyib. Sonra Beynəlxalq Mətbuat mərkəzində tədbirə icazə verilib.

Faktiki rəhbərliyini etdiyim Təşkilat Komitəsi iki ay ərzində ciddi işlər görüb. Bəyin kitabının 1-ci cildini nəşr edilib, yazı müsabiqəsi keçirilib və bəzilərinin öz aləmində baykot etmələrinə baxmayaraq möhtəşəm tədbir baş tutub. Əlini daşın altına qoymayıb ancaq kənarda danışanlar şəxsən məni ittiham etmək haqqına və həddinə sahib deyillər. Elçibəyin yolunda gedənləri də, ona badalaq vuranları da gözəl tanıyıram. Bu mövzuya toxunub vaxtımı mənasız müzakirələtə sərf etmək istəmirəm.

Amma həddini aşanlara da cavabım olacaq. Məni və yubiley tədbirlərinin ağırlığını çəkən digər bir neçə dəyərli şəxsi ittiham etmək həvəsində olanlardan xahiş edirəm ki, sosial şəbəkədə mənim dostluq siyahımı tərk etsinlər. Bundan sonra onların mənasız fikirlərinə rast gəlmək istəmirəm.

Zaman hər şeyi yoluna qoyur. Hay-küyçüləri çox gördük. Amma heç biri zamanın sınağından çıxa bilmədi”.


Müəllif: Cavad

Oxşar xəbərlər