4 İyul 2018 15:48
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırdı. Bunu anladıq, Baqdasarov ermənidir və “Qarabağ Azərbaycanındır” deyəni hədəf götürməlidir.

Teleqraf.com xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi məsələ ilə bağlı bəzi məqamları bölüşüb:

“Birincisi, Cocuq Mərcanlıya səfər edən rusiyalı deputat Vladimir Jirinovskinin lideri olduğu Liberal Demokrat Partiyasının üzvüdür. Jirinovski proqramda deputatını müdafə etməkdənsə, Baqdasarovun “məhv edilməlidir” sərsəmləməsinə “razıyam” cavabını verdi. Ayrı vaxt Jirinovski nərildəyir, Baqdasaryanın qarşısında isə dovşana dönmüşdü.

İkincisi, proqramın aparıcısı deputatı ölümə səsləyən ekspertdən qanuna hörmət etməyi tələb etmək əvəzinə rusiyalı deputatın Ermənistanı deyil, Azərbaycanı Rusiyanın müttəfiqi adlandırmasını əsas gətirərək Baqdasarova dəstək verdi.

Üçüncüsü, Jirinovski və Solovyov əvvəlkitək Dağlıq Qarabağın işğalını və Ermənistanı dəstəkləyirsə, onların Bakıya gəlişlərindən nə fayda əldə etmişik?”


Müəllif: Səxavət

Oxşar xəbərlər