Müstəqilliyimizin qarantı Azərbaycan və Türkiyə arasında konfederativ ittifaqın qurulmasından keçir.
Teleqraf.com xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.
O, ilk dəfə bu təkliflə çıxış etdikdən sonra hücumlara məruz qaldığını diqqətə çatdırıb:
“Düşmən bizi həmişə hədəfdə saxlayır. Çünki Azərbaycanın inkişafı bütün türk dünyasının inkişafı deməkdir. Azərbaycanı böhrana sürükləməklə, bütün türk dünyasını sıradan çıxarmaq olar. Bunun qarşısını da yalnız Türkiyə ilə birlikdə almaq olar.
Mən Türkiyənin tərəfdarıyam. Çünki Türkiyə ilə Azərbaycanı ayırmıram. Bizimlə Türkiyə arasında elmi sahədə, siyasi sahədə düşmənçilik yaratmaq istədilər. Lakin bu baş tutmadı. Baxın, bütün Azərbaycan torpaqlarında mehmetçik məzarları var. Çanaqalada da Azərbaycan əsgəri uyuyur. Bu gün yenə də həmin proseslər təkrar olunur. Amma bir fərqi var. Arxamızda güclü Türkiyə var”.
Dilavər Əzimli region və ölkəmiz ətrafında vəziyyəti gərginləşdirən güclərə qarşı Azərbaycan və Türkiyə arasında konfederasiyanın qurulmasının ən yaxşı çıxış yolu olduğunu iddia edib.