18 İyul 2018 22:03
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Sercio Mattarellanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə İtaliya Respublikasının Prezidenti Sercio Mattarella “Heydər Əliyev” ordeni ilə təltif edilib.

***

Azərbaycan prezidenti İlham Əliyev Laura Mattarellanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. L. Mattarella Azərbaycan ilə İtaliya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, Laura Mattarella İtaliya prezidenti Sercio Matarellanın qızıdır.

***

Prezidentin digər sərəncamı ilə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilib.

Enzo Moavero Milanesi Azərbaycan Respublikasının İtaliya Respublikası ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə təltif edilib.

***

Sonra İtaliya Prezidenti Sercio Mattarella İlham Əliyev və birinci xanım Mehriban Əliyevanı Böyük Xaç Kavaleri ordenlərilə təltif edib.


Müəllif: Teleqraf.com