24 İyul 2018 18:44
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım yaxın günlərdə Azərbaycana səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

M.Çavuşoğlu qeyd edib ki, Bakıda olmaqdan məmnundur:

“Biz qardaş, bir millət, iki dövlətik. Gözəl ənənələrmiz var. Bunlardan biri seçkidən sonra ilk səfərlərin qarşılıqlı olaraq bir-birimizin ölkəmizə edilməsidir. Yaxın günlərdə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıya gələcək. Daha sonra Milli müdafiə nazirimiz gələcək”.

O, bildirib ki, E.Məmmədyarovla keçirilən görüşdə ikitərəfli, hətta dördtərəfli əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi müzkirə olunub.

E.Məmmədyarov da bildirib ki, görüşdə bir sıra məsələlər, o cümlədən, beynəlxalq təşkilatlarda, ilk növbədə Avropa Şurasında əməkdaşlıq müzkirə olunub: "Bunun üçün görüşə Səməd Seyidovu dəvət etmişdik”


Müəllif: Səxavət

Oxşar xəbərlər