25 İyul 2018 14:44
2 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun “MLRS RM-70” (Çex versiyası, yaxud rus: “BM-21 Grad”) və 152 mm-lik “ACS vz.77 Dana” adlı silahları var. Fikrimcə, bunlar Bakıda təkmilləşdirilməyib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan KİV-ə rusiyalı hərbi ekspert Aleksandr Staver deyib.

O, qeyd edib ki, bu silahlar Azərbaycana Çexiyadan təkmilləşdirilmiş formada gönədərilib:

“Bu silahların Bakıda paradda görünməsi sürpriz oldu. Çünki bildiyim qədər Çexiyanın Xarici İşlər Nazirliyi də Azərbaycanla belə bir müqavilənin imzalanmadığını bildirmişdi. Müqavilə imzalanmayıb, amma Azərbaycan Çexiya silahları ilə güclənib. Bu, necə ola bilər?”.

Aleksandr Staver qeyd edir ki, hazırda Azərbaycan bir neçə NATO ölkəsindən silah alır: “Çexiya isə bunu təkzib edir. Maraqlıdır. Reallıq isə budur ki, NATO ölkələri Azərbaycanı silahlandırır və bunların rəsmi qaydada həyata keçirildiyini düşünürəm, yəni müqavilələrlə. Buna görə də, Azərbaycan ordusunun silah çatışmazlığı barədə danışmaq mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər