9 Avqust 2018 08:42
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz müstəqil siyasətini yürüdən ölkədir. Buna görə də, Azərbaycan qonşu dövlətlərlə yanaşı, digər ölkələrlə çoxtərəfli əməkdaşlıqlarda maraqlıdır.

Teleqraf.com-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev belə deyib.
Baş redaktorun sözlərinə görə, Azərbaycan öz müstəqil siyasəti ilə regionda və dünyada böyük nüfuza malik olan ölkələrdən biridir:

“Azərbaycan üçüncü tərəf kimi heç bir münaqişəyə qarışmır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara gəlincə, Azərbaycan bu sanksiyalara qoşulmur və bundan kənardadır. İranla birgə iştirak etdiyimiz enerji layihələri də bu sanksiyalardan kənarda qalır.

Azərbaycanın digər dövlətlərlə yanaşı, ABŞ-la da çoxşaxəli və inkişaf etmiş əməkdaşlığa malikdir. Buna görə də, Azərbaycan üçüncü dövlət olaraq ABŞ-ın İrana qarşı sanksiyalarına qarışmır. Paralel olaraq, Azərbaycan özünün enerji layihələrini davam etdirir və enerji resurslarının Türkiyə üzərindən Avropaya daşınmasını davam etdirir. Yəni, İrana qarşı sanksiyaların Azərbaycana və onun həyata keçirdiyi beynəlxalq enerji layihələrinə heç bir aidiyyatı yoxdur”.

Bəhruz Quliyevin qənaətinə görə, Azərbaycan həmişə balanslı siyasət aparır ki, qlobal və regional münaqişələrdən kənarda qalsın:

“Buna görə də, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Azərbaycanın həyata keçirdiyi və İranın payçı olduğu layihələrə də şamil edilməyəcək. Çünki ABŞ hesab edir ki, Cənub Qaz Dəhlizi layihəsi bölgə və Avropa üçün önəmlidir. Bu xətt Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Buna görə də, ABŞ-ın İrana qarşı sanksiyaları Cənub Qaz Dəhlizi və “Şahdəniz” layihəsinə şamil edilmir”.


Müəllif: Mənsur Rəğbətoğlu