15 Avqust 2018 18:32
1 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzərin hüquqi statusu ilə bağlı imzalanan Konvensiya ABŞ və NATO-nun regiona silahlı qüvvələrini göndərməklə bağlı planlarının qarşısını aldı.

“Qafqazinfo” xəbər verir ki, belə bir bəyanatla İran prezidenti Həsən Ruhani çıxış edib:

“ABŞ və NATO-nun gizli razılığı ondan ibarət idi ki, onların əsgərləri, gəmiləri, vertolyotları və hərbi bazaları Xəzər dənizi sahillərində yerləşdirilsin. Lakin Konvensiya Xəzərdə hərbi baza yaradılmasını və əcnəbi gəmilərin mövcudluğunu qadağan etdi. Razılaşmaya əsasən, bu dənizin ərazisində olan hər bir gəmi beş Xəzəryanı ölkədən birinin bayrağı altında üzməlidir”.

Ruhani qeyd edib ki, regionun təhlükəsizliyi baxımından konvensiya böyük məna kəsb edir.


Müəllif: Teleqraf.com