28 Avqust 2018 14:18
1 526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü nəzərə alınsa, Ermənistan veto hüququndan istifadə edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib.

O, Azərbaycanın KTMT-yə üzvlüyü ilə bağlı müzakirələrin analitik, yaxud qeyri-rəsmi dairələrdə getdiyini bildirib.

Qeyd edək ki, Rusiyada nəşr olunan “Moskovsky Komsomolets” qəzeti KTMT-nin üzvlərinin əksəriyyətinin Azərbaycanın namizədliyinə səs verəcəkləri halda, Ermənistanın vetosunun nəzərə alınmayacağını yazıb.

Kremlə yaxınlığı ilə seçilən qəzet Ermənistanın veto hüququnun Azərbaycanın ittifaqa üzvlüyünə əngəl olmadığını bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər