2 Sentyabr 2018 23:30
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda Qırğızıstan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri Erlan Abdıldayev, Mövlud Çavuşoğlu, Kayrat Abduraxmanovo, Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov iştirak ediblər. İlk dəfə olaraq Şuranın iclasına fəxri qonaq qismində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da qatılıb.

İclas Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib.

Şuranın iclasında sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində müzakirə ediləcək məsələlərə baxılıb.

Tədbirdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər türk institutlarının gələcək inkişaf perspektivləri müzakirə edilib.

Görüşdə Türk Akademiyasını, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sazişlər imzalanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər