27 Sentyabr 2018 00:59
1 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasındakı çıxışı Ermənistanın sülh istəmədiyini açıq şəkildə göstərir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu, eləcə də beynəlxalq ictimaiyyət Paşinyanın bəyanatına reaksiya verməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Ermənistan status-kovunun qorunub saxlanmasını, Azərbaycan torpaqlarında işğalçılıq siyasətini davam etdirmək istəyir: “Təcavüzkara qarşı müvafiq sanksiyalar tətbiq olunmayan qədər Ermənistan bu oyunlarını davam etdirəcək. Azərbaycan beynəlxalq təşkilatların müvafiq qərarından sonra Ermənistanla başqa dildə danışmalıdır. İşğalçı dövlətə beynəlxalq hüquq normalarına əsaslanan cavab verilməlidir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər