1 Oktyabr 2018 22:27
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 27-də Azərbaycana səfərinin yüksək səviyyədə baş tutması da bunun göstəricisidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
O qeyd edib ki, bu, V.Putinin Azərbaycana son 5 ildə 4-cü səfəri, son 1 ayda isə Prezident İlham Əliyevlə ikinci görüşü idi:

“Vladimir Putinin səfəri əvvəlcədən elan edildiyi kimi, Azərbaycanda keçirilən cüdo üzrə dünya çempionatını izləmək və IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasiminə qatılmaq olsa da, təbii ki, bu səfərdə və səfər zamanı iki dövlət başçısının keçidiyi təkbətək görüşdə digər bir sıra mühüm məsələlər də müzakirə mövzusu oldu. Dövlət başçıları münasibətlərin yüksək səviyyəsindən, əldə edilən iqtisadi, siyasi, ticari, mədəni-humanitar uğurlardan, onların davam etdirilməsindən, əlaqələrin gələcək inkişafından bəhs etdilər. Ən əsası bu qarşılıqlı mübasibətlərin və əlaqələırin hər iki xalqın və dövlətin mənafelərinə cavab verməsindən məmnunluq ifadə olundu”.

Komitə sədri qeyd edib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vacib rol oynayır. Onun sözlərinə görə, işğalçı Ermənistanın yeni hakimiyyəti Rusiyaya münasibətdə səmimi deyil. Buna görə də Rusiyanın bu münaqişənin ədalətli həlli istiqamətində səylərinin artıracağı gözləniləndir:

“Ermənistanın avantürist baş naziri Paşinyan BMT-nin ali kürsüsündən erməni mahiyyətinə uyğun çıxış etdi. Hər bir sülhsevər dövlət bu çıxışı pisləməlidir. Paşinyan artıq özünün avantürist mövqeyindən geri çəkilməkdədir. Tacikistanda keçirilən MDB dövlət başçılarının sammitində bu fakt özünü göstərdi. Bildiyiniz kimi sammit çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri söhbət ediblər. Söhbət zamanı təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb. İndiyə qədər Paşinyan Dağlıq Qarabağ separatçılarının danışıqlarda iştirakından danışırdı. Artıq Azərbaycanın güclü mövqeyi nəticəsində o, öz mövqeyindən geri çəkildi. Bu fakt Azərbaycan diplomatiyasının növbəti uğurudur”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər