26 Oktyabr 2018 01:12
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Sudanın federal hökumət palatasının naziri Hamid Muhamməd Elnur Əhmədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov beynəlxalq təşkilatlar, xüsusilə BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini deyərək, əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Sudanın nümayiş etdirdiyi ədalətli mövqeyə görə sudanlı nazirə təşəkkürünü bildirib.

Nazir Hamid Muhamed Elnur Əhməd Azərbaycanın Sudan üçün önəmli ölkə olduğunu qeyd edib və ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstək göstərilməsinin Sudanın prinsipial mövqeyi olduğunu və bu mövqeyin dəyişilməz qalacağını vurğulayıb.

Azərbaycan ilə iqtisadiyyat və ticarət sahələrində münasibətlərin inkişaf etdirilməsində maraqlı olduqlarını deyən nazir H.M.E.Əhməd ölkəmizin enerji, xüsusilə neft istehsalı sahəsində təcrübəsinin öyrənilməsində istəkli olduqlarını vurğulayıb.

Öz növbəsində Elmar Məmmədyarov Azərbaycanın enerji sahəsində Sudanın ehtiyac duyduğu istiqamətlər üzrə təcrübə mübadiləsi həyata keçirməyə hazır olduğunu qeyd edib.

Tərəflər, həmçinin iki ölkə arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, ictimai xidmətlər və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər