Noyabrın 7-8-də Londonda Qadın Deputatların Dünya Konfransı keçiriləcək.
Tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da iştirak edəcək.
Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, Böyük Britaniya parlamentinin Qadın və Bərabərlik Nazirliyi ilə birlikdə keçirəcəyi konfransda qadınların siyasi həyatda rolu, bu sahədə səylərinin artırılması mövzularında müzakirələr aparılacaq.