7 Noyabr 2018 14:15
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkilərindən sonra Ermənistanda daxili siyasi gərginlik üçün kifayət qədər ciddi səbəblər yaranacaq. Bu, Dağlıq Qarabağ münaqişəsinin həll prosesi üçün yaxşı fon deyil.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Nejmakov deyib.

Ekspertin sözlərinə görə, hazırkı Ermənistan rəhbərindən fərqli olaraq, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan seçki kampaniyalarda Qarabağ mövzusuna daha geniş yer veriblər:

“Digər yandan, münaqişənin həlli üçün Bakıya xoş mesajlar vermək ümumi işin xeyrinə ola bilər. Müasir dövrdə münaqişə tərəfi ilə təmasları azaltmaq beynəlxalq ictimaiyyətin də xoşuna gələn strategiya deyil.

Qarabağ müzakirələrinin gələn ilin yanvarından aktivləşəcəyi gözləniləndir. Seçki kampaniyası dönəmində bu görüşə hazırlıq məsələsi də ön planda olmalıdır. Çünki beynəlxalq vasitəçilər bir qayda olaraq, dekabr-yanvar aylarında daha aktiv olurlar”.

Nejmakov ABŞ Prezidentinin müşaviri Con Boltonun İrəvana səfərinə də toxunub:

“Bolton İrəvanda olarkən Paşinyanın atdığı addımlara verdiyi sərt reaksiya da göstərdi ki, o, Boltondan ciddi təkliflər alıb. Lakin Paşinyan bu səfərlə bağlı yayılmış böyük iddiaların qarşısını almağa çalışdı. Çünki seçkilər ərəfəsində Boltonun adından yayılan bu iddialar onun xeyrinə deyil. Əlbəttə, Qarabağ məsələsi istisna olmaqla, Paşinyan Boltondan özü ilə bağlı hansısa təklif alsaydı, reaksiyalar bu qədər sərt olmayacaqdı”.

Politoloq hesab edir ki, yaranmış qarışıq situasiyadan istifadə edən İrəvan Rusiyadan uzaqlaşmağa cəhd edir: “Amma Paşinyanın manevr etmək, xarici siyasətdə ciddi dəyişikliklərə başlamaq imkanları yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər