21 Noyabr 2018 18:16
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan noyabrın 20-də mətbuat konfransı keçirib. O, mətbuat konfransı zamanı bir sıra məqamlara toxunub.

Teleqraf.com xəbər verir ki, onlardan biri də ordudakı qida və geyimlə bağlı vəziyyətdir. N.Paşinyan açıqlamasında bildirib ki, ordudakı qida qorxuncdur və “tuşonka əldə edək, bununla yaşayırıq demək, sadəcə olaraq dəhşətdir”.

N.Paşinyan deyib: “Əlbəttə ki, orduda əsgərin yeməyindən məmnun deyiləm. Yeməkləri özümüz yoxladıq və qorxunc idi. Biz şəxsən bununla məşğuluq və məşğul olacağıq, lakin bu işin həcmini də təsəvvür etmək lazımdır. Xidmətlə əlaqəli olduğu zaman bizə telefonla zəng edib məlumatı göndərin. Orduda gördüklərimiz çox pis siqnal idi”.

N.Paşinyan əlavə edib ki, onun əsgərlərin alt paltarlarının dəyişdirilməsi mexanizimlərindən də xəbəri var:

“Bəli, bu sahədə problemlərimiz var. Ancaq birinci yekə-yekə danışanları götürməliyik, “onlara tuşonka verin və onunla yaşayaq” kampaniyasından da çıxmalıyıq”.

Zənnimizcə, N.Paşinyan bu cür açıqlama verməklə ilk növbədə müdafiə naziri vəzifəsini icra edən David Tonoyanın “orduda hər şey qaydasındadır, əsgərlər yaxşı qidalanır və keyfiyyətli alt paltarları ilə təmin olunurlar” fikirlərini təkzib etmiş oldu. Görünür, Paşinyan Tonoyanın fəaliyyətindən narazıdır. Əks təqdirdə mətbuat konfransında ordudakı acınacaqlı vəziyyət barədə məlumat verməzdi. Paşinyan Tonoyanın onu neçə aylardır aldatdığını və ordudakı vəziyyətlə bağlı yalan məruzələr etdiyini artıq başa düşməyə başlayıb. Həmçinin, orduda yaranmış vəziyyətlə bağlı keçirilən son etiraz aksiyalarının Paşinyanı belə açıqlama verməyə vadar etdiyini ifadə edə bilərik. Orduda əsgərlərin qidalanması və geyimlərinin keyfiyyətinin D.Tonoyanın ifadə etdiyi kimi, yüksək səviyyədə olmadığını N.Paşinyan özü də ifadə edir.

Bir sözlə, Ermənistan hökumət nümayəndələrinin fikirlərində kəskin təzad mövcuddur. Əslində, baş nazir səlahiyyətlərinin icraçısının mətbuat konfransında söylədiklərini onun seçkidə qalib gələcəyi təqdirdə D.Tonoyanla yollarını ayıracağının anonsu kimi də qiymətləndirə bilərik.


Müəllif: Səxavət

Oxşar xəbərlər