22 Noyabr 2018 16:51
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

«İranın Əfqanıstanla normal münasibətləri var. Qətər isə son bir neçə ildə Tehranla az qala müttəfiq vəziyyətinə gəlib, ikisi də Səudiyyə Ərəbistanına qarşıdır».

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, İranın “Amerikanın Qətərdəki hərbi bazasını raketlə vurma bəyanatı” elə Qətəri vurmaq deməkdir:

“Ancaq iranlı generalın məntiqi belədir ki, İranı həmin bazalardan vursalar onlar da həmin bazaları raket atəşinə tutacaq. Nə işdirsə, iranlı general Amerikanın Adanadakı hərbi bazasının adını çəkməyib. Görünür, İran əmindir ki, Türkiyə Amerikaya Adana hərbi bazasından İrana qarşı istifadə etməyə icazə verməyəcək. İran dostu Qətərə görə isə əmin deyil”.

Qeyd edək ki, İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH-ın hava-kosmik qüvvələrinin komandanı Əmirəli Hacızadə dövlət televiziyasına müsahibəsində Amerikanın bölgədəki hərbi bazalarının İran raketlərinin hədəfində olduğunu bildirib. Ə.Hacızadə bildirib ki, SEPAH raketləri amerikalıların hər hansı təhdidinə kəskin cavab verəcək:

“Amerikanın Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki hərbi bazaları, o cümlədən körfəz və Oman dənizindəki bütün hərbi gəmiləri raketlərimizin hədəfindədir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər