1 Dekabr 2018 17:14
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsinin həlli Qarabağın müstəqilliyinin tanınmasından və Dağlıq Qarabağa aid olmayan bir sıra ərazilərin qaytarılmasından keçir”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə Ermənistanda səfərdə olan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

Dumada Ermənistanın lobbi fəaliyyətini həyata keçirən deputat 2016-cı ilin aprel ayında Ermənistanla silahlı qarşıdurmaya görə Azərbaycanı ittiham edib.

Zatulin vaxtilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə etdiyi qanunsuz səfərini də xatırlayıb:

“Qarabağa ilk dəfə 1994-cü ildə Robert Köçəryanla gəldim. Azərbaycanın etirazına baxmayaraq, mən Qarabağa gəldim”.

Qeyd edək ki, o bundan əvvəl İrəvanda jurnalistlərə açıqlamasında Qarabağı “müstəqil subyekt” kimi tanıdığını demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər