Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri, hakim Respublikaçı Partiyasının üzvü David Şahnazaryan dindirilmək üçün MTX-ya dəvət edilib.
Teleqraf.com xəbər verir ki, Şahnazaryan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın ünvanına sərt ittihamlar səsləndirib.
O, iddia edir ki, Paşinyan Azərbaycanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsi ilə bağlı yeni proqramı var və bu, Ermənistanın xeyrinə deyil.
MTX-nın yaydığı məlumata görə, bu bəyanatla Şahnazaryan faktiki olaraq baş nazir səlahiyyətlərini icra edən şəxsi – Nikol Paşinyanı vətənə xəyanətdə ittiham edir.
Qeyd edək ki, David Şahnazaryan Paşinyanın hakimiyyət naminə Dağlıq Qarabağı Azərbaycana verəcəyini iddia edib.