Bu gün Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bir neçə gün davam edəcək tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamilə Əliyeva iştirak edir.
Ümumdünya Səhiyyə Təşkilatının Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi ilə birlikdə təşkil etdiyi Forumda ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və tibbi yeniliklər müzakirə olunur.